AZ

İngilis dili fənni üzrə ekspertlərlə görüş keçirilib

Aprelin 29-da Dövlət İmtahan Mərkəzində ingilis dili fənni üzrə ekspertlərlə görüş keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, iclasda 2024/2025-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə ingilis dili fənninə aid buraxılış imtahanı proqramı, dərsliklərdə olan dəyişikliklər və ona uyğun proqramda müvafiq bölmələr üzrə düzəlişlər müzakirə olunub.

Qeyd edilən məsələlərlə bağlı iştirakçılar fikirlərini bildirib və təkliflər veriblər.

Ekspertlərlə növbəti iclas mayın 6-da keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
2
tehsil.biz

3Mənbələr