AZ

57 yaşlı rus Almaniyada 2 ukraynalı hərbçini öldürdü

Tarix: 29 Aprel 2024 20:08

Almaniyanın Murnau şəhərində iki ukraynalı hərbçi öldürülüb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Məlumata görə, hərbçilər şəhərdəki ticarət mərkəzinin yaxınlığında bıçaq yarası almış vəziyyətdə tapılıb. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada ölüb.
Ukrayna Xarici İşlər Nazirliyi öldürülən şəxslərin Almaniyada tibbi reabilitasiya kursu keçdiklərini bildirib. Nazirlik hərbçilərin harada xidmət keçdiklərini aydınlaşdırmağa və qohumları ilə əlaqə saxlamağa çalışdıqlarını qeyd edib.
Qətllə bağlı 57 yaşlı Rusiya vətəndaşı saxlanılıb.
Almaniyanın məxfilik haqqında qanunlarına görə, qurbanların və şübhəlinin adları gizli saxlanılır.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
4
sonxeber.net

5Mənbələr