AZ

Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxıldı

Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb.

APA-nın məlumatına görə, Quba rayon sakini 1980-ci il təvəllüdlü Vüqar Cəmayev Kəlbəcər rayonu ərazisində yerləşən yaşayış binasının dördüncü mərtəbəsində işləyən zaman yıxılıb.

O dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, Vüqar Cəmayev Kəlbəcərdə yaşayış binasında usta işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
16
yenisabah.az

10Mənbələr