Manset.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. Üzündən xəsarət alan futbolçu xəstəxanaya yerləşdirilib. "Bild" xəbər verir ki, futbolçunun burnu və yanaq sümüyü sınıb. O, əməliyyat olunub və hazırda xəstəxanadadır. Futbolçunun mövsümün qalan hissəsini buraxmaq riski var, hücumçular hələ də tapılmayıb. Barkok Almaniya və Mərakeş vətəndaşlığına malikdir. O, Mərakeş millisində 18 oyun keçirib, 1 qol vurub. “Herta” 45 xalla 2-ci Bundesliqanın turnir cədvəlində səkkizinci yerdədir. Turnirə 63 xalla “Sent Pauli” başçılıq edir. Jalə
Manşet.az