AZ

Ağdam rayonunda çiyid səpini başa çatmaq üzrədir

Ağdam

Ağdam, 29 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağdam rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri çiyid səpinini başa çatdırmaq üzrədirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari ildə rayon ərazisində 2619,8 hektar sahədə çiyid səpilməsi planlaşdırılıb. Bununla əlaqədar olaraq, istehsalçılarla müqavilələr bağlanılıb. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılıb.

Ağdam pambıqçıları artıq 2466 hektar sahəyə çiyid səpiblər. Səpin aparılmış ərazilərin 980 hektarında çıxış alınıb. Səpin işlərinin bir neçə günə başa çatdırılması nəzərdə tutulur.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
azertag.az

1Mənbələr