AZ

Regional Su Meliorasiya Xidmətinin nizamnamə fondu 6 milyard manata yaxın olacaq

Regional Su Meliorasiya Xidmətinin nizamnamə fondu 5 826 007 294 manat olacaq.

 

Pravda.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi haqqında” qərarda əksini tapıb.

 

Qərara əsasən, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş su təchizatı və tullantı sularının axıdılması, suvarma suyunun verilməsi ilə bağlı xidmətlərinin tarifləri istisna olmaqla, Xidmətin məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə (tariflərə) aid deyil.

Tarix: 29 Aprel 2024, 17:40   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
8
pravda.az

9Mənbələr