ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi və xanımı Danusiya Libbi Qubanın Qırmızı Qəsəbəsinə səfər ediblər.
Yenisabah.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatlar səfirliyi məlumat yayıb.
Onların Pasxa bayramını qeyd etmək, Azərbaycanın tarixi dağ yəhudi icmasının üzvləri ilə görüşmək, kəndə uzunmüddətli dəstəyi və səmimi dostluğu vurğulamaq üçün səfər etdiyi bildirilib.
Səfər zamanı diplomat və xanımı kəndi, o cümlədən sinaqoqlar, muzey və Tağlı körpü ilə tanış olublar.
Telegram kanalımız