AZ

Ukrayna Azərbaycana yeni səfir göndərib

Ukrayna Azərbaycana

Ukraynanın Azərbaycana yeni təyin olunmuş səfiri Yuriy Qusyev etimadnaməsinin surətini Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifova təqdim edib.

Bu barədə diplomat feysbukda paylaşım edib.

"Ukraynanın Azərbaycandakı səfiri kimi diplomatik fəaliyyətimin başlaması ilə əlaqədar etimadnamələrin surətlərini təqdim etmək üçün Azərbaycanın Xarici işlər nazirinin müavini Samir Şərifovla görüşdüm. Görüş zamanı Azərbaycanın xarici siyasət idarəsinin rəhbərinin müavini Ukraynanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsinə dair Azərbaycanın dəyişməz mövqeyini, eləcə də Azərbaycan tərəfinin iki dövlət arasında mövcud ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə və Ukraynaya enerji, sosial və digər sahələrdə humanitar yardım göstərməyə hazır olduğunu təsdiqləyib", - paylaşımda qeyd edilib.

Səfir Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığımı bildirdiyini diqqətə çatdırıb:

"Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün maksimum səy göstərməyə hazır olduğumu vurğuladım. Bundan sonra ikitərəfli və çoxtərəfli əməkdaşlıq, eləcə də qlobal və regional təhlükəsizlik gündəliyində duran bir çox məsələləri ətraflı müzakirə etdik".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
12
reyting.az

2Mənbələr