AZ

Qırğızıstan Azərbaycandan elektrik enerjisi də alacaq

Qırğızıstan Azərbaycandan elektrik enerjisi idxal etməyi planlaşdırır.

Azərbaycan daha bir ölkəyə - NEFT SATACAQ

FED.az xəbər verir ki, bu barədə məlumatı bu ölkənin energetika naziri Taalaybek İbrayev bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan bir çox ölkələrə təbii qaz və elektrik enerjisi ixracı ilə tanınır.

“Yaxın gələcəkdə Azərbaycan Qazaxıstan və Özbəkistana da elektrik enerjisi ixrac etməyi planlaşdırır. Biz elektrik enerjisinin Qırğızıstana ixrac edilməsini də müzakirə etdik. Texniki imkanlar elektrik enerjisinin bizə tranzit olaraq ötürülməsinə imkan verir”, - deyə nazir bildirib. (Azərtac)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
3
fed.az

3Mənbələr