AZ

Karate üzrə Bakı birinciliyi keçirilib - FOTO

Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən KWU-WFKF Birliyinin Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə birgə keçirdiyi kyokuşinkay karate üzrə paytaxt birinciliyi keçirilib.

İdman.biz xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev ölkədə bu cür yarışların keçirilməsinin vacibliyini vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin idmana göstərdiyi misilsiz xidmətlərdən söz açan qurum rəhbəri Prezident İlham Əliyevin də bu siyasəti uğurla davam etdirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın idman ölkəsi olduğunu və bir çox yarışları uğurla təşkil etdiyini söyləyib.

AKF-nın vitse-prezidenti Füzuli Musayev də öz növbəsində keçirilən yarışların gənc nəslin təlim-tərbiyəsində vacib rolu olduğunu qeyd edib. O bildirib ki, Ali Baş Komandan İlham Əliyevin idmanın bütün növlərinin, xüsusilə karate idman növünün ölkəmizdə geniş yayılması və inkişaf etməsinə göstərdiyi diqqət və qayğısı, qazanılan uğurların təməlidir.

Yarışın açılış mərasimində Bakı şəhər Gənclər və İdman İdarəsinin karate idman növü üzrə kuratoru Taleh Məqsədli də iştirak edib və iştirakçılara uğurlar arzulayıb.

Qeyd edək ki, Bakı birinciliyində müxtəlif klub və nümayəndəliklərdən 300-ə yaxın karateçi öz qüvvəsini sınayıb. Qaliblər Bakı şəhər Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom və medallarla mükafatlandırılıblar.

İdman.biz

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
23
Mənbələr
Şərh ()
Bağla