AZ

Hədə-qorxu ilə qadından pul tələb edən Lənkəran sakini SAXLANILDI – FOTO  

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, məhkəmə tərəfindən eyni əmələ görə barəsində azadlığın məhdudlaşdırılması cəza növü seçilmiş Əli Abdullazadə Lənkəran polisi tərəfindən saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb. 

Əlavə araşdırma zamanı Ə. Abdullazadənin digər cinayət əməlinin də üstü açılıb.

Onun tanışı, Biləsuvar rayon sakini olan bir nəfər qadına haqqında rüsvayedici məlumatlar yaymaq adı ilə hədə-qorxu gələrək ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul aldığı müəyyən edilib. Cinayət əməli ilə baglı araşdırma davam edir. 


Bizim Media, Cənub bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
17
bizim.media

10Mənbələr