AZ

“Bazarlarda olan bolluq meyvələrin qiymətinə təsir göstərir” - İQTİSADÇI DANIŞDI

“Nəzərə almaq lazımdır ki, qış aylarında da, indiki yaz aylarında da hava şəraiti olduqca münbit keçdiyindən məhsulların yetişdirilməsi üçün münbit şərait mövcuddur. Hazırda bazarlarda kifayət qədər meyvə bolluğu var. Bu qiymət dinamikasına müsbət təsir edir”. Bu sözləri SİA-ya danışan iqtisadçı-ekspert Fuad İbrahimov deyib.

Onun sözlərinə görə, bu gün proqnozda kənd təsərüffatı ilə bağlı heç bir problemimiz yoxdur: “Sadəcə kənd təsərrüfatı məhsullarının əsas istehlakçı bazarı Bakı şəhəridir, buna görə də onların şəhər halqasına daxil olmasında problem var. Eyni zamanda kommunikasiya və infrastrukturda problemlər var. Şəhər ətrafında topdan satış yerləri olduğundan bütün meyvələr ora gətirilir. Sahibkar birbaşa şəhərə daxil ola bilmir, daxil olanda da axşamlar olur və belə halda da məhsul alıb - satanların əlinə keçir".

İqtisadçı bildirib ki, istehlak dövriyyəsi və istehlakçıya çatmaqdan ötrü müəyyən bariyerlərdən keçməliyik: "Problem budur, qiymətə təsir edən də budur. Bolluq isə yetərincə mövcuddur. Rayonlarda topdançılardan qiymətləri maraqlanası olsaq, yerində qiymət dəfələrlə ucuzdur. Bu gün yoxlasaq ki, çiyələyin qiyməti harada ucuzdur, keçən il 8 manata satılan çiyələk bu il 3 - 4 manata satılır. Bolluqdan dolayı, qiymət ucuzlaşır. Əslində qiymət çatışmazlıqla bağlı deyil, əsas problem məhsulun iqtisadi dövriyyəyə cəlb edilməsidir. İstehlakçıya qədər meyvə, kənd məhsulları bariyerlərdən keçir”.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
sia.az

1Mənbələr