AZ

®ABŞ-ın Vaşinqton şəhərində “Rabitəbank” və “BNY Mellon” arasında ikitərəfli görüş keçirilib

®ABŞ-ın

Aprelin 23-də Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi ilə ABŞ-ın Vaşinqton şəhərində baş tutan işgüzar səfərin ikinci günündə “Rabitəbank”ın Müşahidə Şurasının sədri Zakir Nuriyev və “Bank of New York Mellon” (BNY Mellon) rəhbərliyi arasında ikitərəfli görüş keçirilib.

“Honeyvell” texnologiya və təcrübə mərkəzində baş tutan görüşdə “BNY Mellon”un rəhbər əməkdaşları tərəfindən süni intellektin bank əməliyyatlarında tətbiqi, risklərin idarəedilməsi, kreditləşmə sahəsində imkanlar, komplayns mövzularında təqdimat və çıxışlar edilmiş, suallar cavablandırılıb.

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
9
Mənbələr
Şərh ()
Bağla