AZ

Sabahdan BDU-da Karyera Festivalı başlanır

Bakı Dövlət Universitetində (BDU) Dövlət Məşğulluq Agentliyinin təşkilatı dəstəyilə aprelin 30-dan mayın 1-dək Karyera Festivalı keçiriləcək.
Bu barədə hafta.az-a BDU-dan məlumat verilib.
Festivalın keçirilməsində məqsəd tələbə və məzunların əmək bazarına çıxışını asanlaşdırmaq, işəgötürənlərlə əlaqələrin qurulmasını təmin etməkdir. Festivalın ilk günü ölkəmizin 100-dən artıq nüfuzlu şirkətinin iştirakı ilə Karyera Sərgisi təşkil olunacaq. Tədbirin ikinci günü isə müxtəlif mövzularda vörkşop və panel müzakirələr keçiriləcək.
Festivala gələnlər özləri ilə CV-lərini götürməlidirlər. CV-si olmayan şəxslər BDU-nun Karyera və məzunlarla əlaqə sektoruna müraciət edə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
23
Mənbələr
Şərh ()
Bağla