AZ

DSMF Britaniyada 2024-cü ilin Mükəmməllik Mükafatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) beynəlxalq uğurları davam edir.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a verilən məlumata görə, Fond mənzil-qərargahı Böyük Britaniyada yerləşən “Wealth and Finance International” beynəlxalq korporasiyasının təşkil etdiyi “Retirement Planning Awards 2024” beynəlxalq müsabiqəsində qalib gəlib.
 
DSMF müsabiqədə “Transformativ sosial müdafiə və rəqəmsal əks-əlaqə üzrə 2024-cü ilin Mükəmməllik Mükafatı”na layiq görülüb.
 
Fondun müsabiqəyə təqdim etdiyi iş “Azərbaycanda sosial ödənişlərin təyin edilməsində müasir humanist yanaşma: Proaktiv insan yönümlü təyinat mexanizmi” mövzusunda olub.
 
Qeyd edək ki, DSMF 2024-cü ilin ötən dövründə artıq 14 beynəlxalq mükafata layiq görülüb.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
2
moderator.az

3Mənbələr