AZ

Həkimlər həyəcan təbili ÇALIR: İnfarktdan ölənlər niyə artıb? - AÇIQLAMA

Həkimlər həyəcan təbili ÇALIR: İnfarktdan ölənlər niyə artıb? - AÇIQLAMA

Bütün dünyada ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri birinci sırada gəlir. Bir çox hallarda insanlar ürək xəstəliklərin olduğundan xəbərsiz olurlar. Bu isə çox təhlükəli haldır. Son zamanlar Azərbaycanda infarkt və insultun halları kəskin artıb. Bəs bunun səbəbi nədir?

Məsələ ilə bağlı onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla Sonxeber.az-a açıqlama verib.

Professor Adil Qeybulla Ürək-damar xəstəliyinin gəncləşməsinin səbəbini insanların idmana marağının azalması ilə bağlayıb:

"Ürək-damar xəstəliyinin gəncləşməsi bütün dünyada müşahidə edilir. Bunun səbəbi insanların idmana marağının azalması, həddən artıq qida qəbul etməsi, trans yağlardan çox istifadə edilməsi və s faktorlarla bağlıdır . Orqanizimə daxil olan kalori ilə sərf olunan kalori arasında balans olmalıdır. Əgər insan çox qida qəbul edib, az hərəkət edirlərsə bu qida piy şəklində bədəndə toplanır. Bu da qan damarlarında xolesterin , damarların daralmasına, qan təzyiqinin yaranmasına ən sonra isə infarkt və insultun yaranmasına gətirib çıxarır.

İnfarkt və digər ürək damar xəstəliklərinin gəncləşməsinin səbəbi bundan ibarətdir. Təbii ki , stres, siqaret çəkmək kimi faktorların da burada rolu var. Bu halların qarşısını almaq üçün, ilk növbədə insanılar idmanla məşğul olmalı və stresdən uzaqlaşmalıdır . Ən əsası isə bədənə daxil olan kalori ilə sərf olunan kalori arasında balansın yaranmasıdır. Televiziyada saatlarla yayımlanan boş-boş verilişlərin yerinə, əhali üçün önəmli olan verilişlərə vaxt ayrılsa daha yaxşı olar".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
sonxeber.az

1Mənbələr