AZ

Azərbaycanda 11 bankın faz xərcləri - 10 MİLYON MANATI KEÇİB

Cari ilin ilk rübündə faiz xərcləri ən yüksək və ən aşağı olan bankların adları məlum olub.

FED.az bu barədə bankların faiz xərclərinin həcmi üzrə hazırladığı renkinqə istinadən xəbər verir.

Belə ki, ilk rübün nəticələrinə görə “Azərbaycan Beynəlxalq Bankı-ABB” 43 milyon 400 min manat gəlirlə lider olub.

“Azərbaycan Beynəlxalq Bankı-ABB”dən sonra ikinci pillədə “Kapital Bank” olub. Bankın faiz xərcləri 41 milyon 920 min manat təşkil edib.

Üçüncü pillədə isə 67 milyon 636 min manat göstərici ilə Azərbaycan Beynəlxalq Bankı-ABB qərarlaşıb.

 “Paşa Bankın”ın faiz xərcləri 21 milyon 541 min manat təşkil edib.

Səkkiz bankın faiz xərcləri isə 10 milyon manatı keçib.

Faiz gəlirləri “AccessBank”da 19 milyon 929 min manat, Bank Respublika”da 19 milyon 572 min manat, “Unibank”da 19 milyon 174 min manat, “Bank of Baku”da 13 milyon 242 min manat, “Turanbank”da 12 milyon 419 min manat, “Yelo Bank”da 12 milyon 122 min manat, “Xalq Bank”da 11 milyon 596 min manat, “Rabitəbank”da 10 milyon 701 min manat olub.

Göstəriciləri aşağı olan banklar isə “Naxçıvanbank” (498 min manat) və “Bank Avrasiya” (606 min manat) olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
fed.az

3Mənbələr