AZ

AZPROMO Səudiyyə Ərəbistanında görüşlər keçirib

İkitərəfli əlaqələrin genişləndirilməsi, tədbirlər çərçivəsində potensial əməkdaşlıq müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Agentliyin nümayəndələri Ər-Riyad şəhərində bir sıra qurumlarla görüşlər keçirib.

Fins.az xəbər verir ki, görüşdə tərəflər arasında birgə tədbirlərin təşkili və şirkətlər arasında əlaqələrin qurulmasına dair müzakirələr aparılıb, o cümlədən cari ilin may ayında İordaniya Haşimilər Krallığında keçirilməsi planlaşdırılan “Rəqəmsal iqtisadiyyat” və noyabrda Azərbaycanda baş tutması nəzərdə tutulan “Dayanıqlı kənd təsərrüfatı” tədbirləri barədə fikir mübadiləsi aparılıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev COP-29 çərçivəsində keçirilməsi planlaşdırılan Azərbaycanın ilk investisiya forumu haqqında məlumat verib, sözügedən platformanın ikitərəfli dayanıqlı tərəfdaşlıq baxımından önəmi vurğulanıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkəmizin investisiya potensialı, o cümlədən xüsusi iqtisadi zonalar, tətbiq olunan güzəşt və imtiyazlar barədə məlumatı diqqətə çatdırıb.

Qrup tərəfindən ölkəmizə investisiya yatırılmasına maraq göstərilib.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
2
fins.az

2Mənbələr