AZ

Məşhur fransız aktyor saxlanıldı

Fransız aktyor Jerar Depardye Parisdə cinsi qısnama iddiaları ilə bağlı saxlanılıb.

Yenisabah.az BFMTV-yə istinadla xəbər verir ki, o, 2 qadının iddiaları ilə bağlı dindirilməyə çağırılmışdı.

İttihamlar Depardyenin 2014-cü ildə Jan-Pyer Mokinin "Sehrbaz və siamlılar" və Jan Bekkerin 2021-ci ildə çəkdiyi "Yaşıl panjurlar" filminin çəkilişləri zamanı davranışı ilə əlaqədardır. Birinci halda rejissorun köməkçisi, ikinci halda filmin quruluşçu rəssamı ittiham irəli sürüb.

Depardye ittiham olunduğu faktları etiraf etmir.

BFMTV xatırladır ki, 2020-ci ilin dekabr ayından Depardyenin aktrisa Şarlotta Arnunu zorlamaqda ittiham etməsi də araşdırılır. Ümumilikdə 13 qadın aktyora qarşı cinsi təcavüzdə ittiham olunub.

2012-ci ilin dekabrında Depardye Fransanı tərk və ildə 1 milyon avrodan çox gəlirə 75% vergi tətbiq etmək planlarına görə Fransa vətəndaşlığından imtina etdi. 2013-cü ilin yanvarında aktyor Rusiya vətəndaşlığını, fevralda isə Mordoviyada daimi qeydiyyat alıb.

 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
yenisabah.az

1Mənbələr