AZ

Özbəkistandan Azərbaycana nazir gəlir

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Azərbaycana səfər edəcək.

Publika.az xəbər verir ki, nazir mayın 1-3-də Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılacaq.

Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, ISESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının birgə tərəfdaşlığı ilə təşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
6
publika.az

7Mənbələr