AZ

E.Blinken İ.Əliyev və N.Paşinyanla danışdı

 

  Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı dəstəklədiklərini bildirib.

  E.Blinken Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında iki ölkə arasında sülh prosesini müzakirə edib.

  ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Entoni Blinken 1991-ci ildə imzalanmış “Almatı bəyannaməsi”ndən Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi üçün istifadə edilməsinə dair razılaşmanı alqışlayıb.

  İ.Əliyev və N.Paşinyanla Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını müzakirə edən Blinken ABŞ-ın rəsmi Bakı və İrəvan arasında qalıcı sülhün bərqərar olmasını məmnunluqla qarşıladığını bildirib.

  İlham Əliyevlə danışığında Entoni Blinken ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətləri inkişaf etdirmək, Amerikanın enerji, iqlim və əlaqə hədəfləri üzrə Azərbaycanla əməkdaşlıq etmək istəklərini çatdırıb və Azərbaycanda bu il keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-29) 29-cu Tərəflər Konfransının uğurla başa çatmasını arzulayib.

  N.Paşinyanla telefon danışığında E.Blinken ABŞ-ın Ermənistanın suverenliyi və ərazi bütövlüyünü də dəstəklədiyini bəyan edib.



Seçilən
122
35
Mənbələr
Şərh ()
Bağla