AZ

Mərkəzi Gömrük Hospitalının rəis müavini “Qida təhlükəsizliyi” simpoziumunda çıxış edib

Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin “Şəkəri azalt, ömrünü uzat” kampaniyası çərçivəsində AQTA və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Qida təhlükəsizliyi” simpoziumunda məruzəçi qismində iştirak edib.

 

Bu məlumat Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilib.

 

Tədbirin “Şəkərin insan sağlamlığına təsiri” mövzusunda təşkil olunan panelində Nabil Seyidov təqdimatla çıxış edib.

 

Tədbirdə ölkədə qida təhlükəsizliyi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açılıb, əhali arasında sağlam həyat tərzinin təbliğ olunması, o cümlədən şəkərdən artıq istifadənin insan orqanizmində ürək-damar, ll tip diabet və piylənmə kimi xəstəliklərin yaranma ehtimalına səbəb ola biləcəyi diqqətə çatdırılıb.

 

Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işlərini də genişləndirir və “Şəkəri azalt, ömrünü uzat” kampaniyasına qoşulanların sayının artması istiqamətində layihələr həyata keçirir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
aztibb.az

2Mənbələr