AZ

Koçaryanın əmlakının müsadirə olunması tələb edildi

Ermənistan Prokurorluğu ölkənin keçmiş prezident Robert Koçaryanın və ona bağlı olan 7 nəfərin əmlakının dövlət nəfinə müsadirə olunmasını tələb edib.Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Baqramyan 26” “Telegram” kanalı yayıb.Məlumata görə, buraya 25 daşınmaz əmlak, 5 nəqliyyat vasitəsi, dəyəri 4 milyon dollardan çox olan depozitə qoyulan qiymətli kağızlar, qanunsuz mənşəli 35 milyard dramdan (90 min 189 dollar) çox nağd pul qalıqları, üçüncü şəxslərə ötürülən vəsaitlər və digər xərclənmiş vəsaitlər daxildir.Bildirilib ki, Robert Koçaryan barəsindəki işdə Ermənistana və bir sıra ölkələrə məxsus 16 hüquqi şəxsin adı hallanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
8
bakivaxti.az

9Mənbələr