AZ

AMEA-nın gənc alim və mütəxəssislərinin futbol çempionatının açılışı olub

Bakı, 29 aprel, AZƏRTAC

Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqının (AHİ) və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə AMEA-nın gənc alim və mütəxəssislərinin institutlararası futbol çempionatının açılışı olub.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən çempionatın açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov və AMEA-nın Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov çıxış ediblər. Çıxışlarda futbolun bir mədəniyyət olduğu və bu sahə ilə maraqlananların dünyagörüşünə müsbət təsir etdiyi qeyd olunub. Həmçinin AMEA-nın Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə sıx əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Çıxışlardan sonra futbol çempionatına start verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
azertag.az

2Mənbələr