AZ

Almaniya və Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır

Bakı. Trend:

Ölkə başçılarının rəsmi dövlət səfərləri dövlətlərarasımünasibətlər sistemini daha da möhkəmləndirir. Azər­bay­canmüstəqil dövlət elan edildikdən sonra dünyanın əksər dövlətləriAzərbaycanı rəs­mən tanıdı və ölkəmizlə ikitərəfli əlaqələryarandı. 44 günlük Vətən müharibəsindən sonra isə bu əlaqələr dahaetibarlı səviyyədə möhkəmləndi.

Azərbaycanla Almaniya arasında olan əlaqələr də bu baxımdan dadiqqəti çəkir. Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin 26 aprel tarixində Almaniyaya rəsmi səfəri də buxarakterdə oldu. Səfər zamanı təşkil edilən mətbuat konfransındacənab İlham Əliyevin çıxışı istər səfərin məqsədi haqqında, istərsədə Azərbaycan və Almaniya münasibətlərinin hansı formada davamedəcəyi haqqında informativ məlumat oldu.

Ölkə baş­çısı cənab İlham Əliyev çıxışı zamanı bildirmişdir ki,“Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişafdövrünü yaşayır. İkitərəfli gündəlik kifayət qədər genişdir.Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həmdə bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyükəhəmiyyət kəsb edir”. Cənab İlham Əliyevin bu çıxışı təkcə Almaniyavə Azərbaycan dövlətləri arasında əlaqələri deyil, eyni zamandaregionu əhatələyir.

Cari ilin 26 aprel tarixində Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyev Almaniya Federativ Respublikasınaişgüzar səfəri zamanı “15-ci Petersberq İqlim Dialoqu”nun YüksəkSəviyyəli Seqmentində iştirak edərək bir çox mühüm məsələlərətoxunmuşdur.

Cənab İlham Əliyev çıxış edərək bildirmişdir ki, “COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçünhəqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətinAzərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerjisahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayətbu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkiletməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəmki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalqəlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələriarasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə dəonların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq.

Bunları söyləyəndə, mən 120 ölkəni birləşdirən hərəkatda, yəniQoşulmama Hərəkatında bir neçə il – dörd il ərzində sədrliyimizinəzərdə tuturam. Biz yekdil qərarla seçildik və sədrliyimiz yekdilqərarla bir il də uzadıldı. Sədrliyimiz zamanı biz Hərəkatın birçox üzvləri ilə olduqca məhsuldar münasibətlər qurduq. SədrliyimizCOVID-19-a təsadüf etdi. Beləliklə, biz çox məsuliyyətlə davrandıqvə 80-dən artıq ölkəyə humanitar, maliyyə və texniki yardımgöstərdik. Bir sözlə, ümid edirəm ki, həmin beynəlxalq platformabizə Qlobal Cənub ölkələrini ümumi gündəliyə əlavə etmək imkanınıyaradacaq. Eyni zamanda, bir çox Avropa ölkələri ilə münasibətləruğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan“Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələrimzalayıb, yaxud qəbul edib.

Bunları söylədikdə, ümid edirəm ki, həmin beynəlxalq əlaqələrbizə həmrəyliyi gücləndirməyə imkan verəcək. Bizə məhz bu lazımdır.Bizə maliyyə lazımdır. Bizə həmrəylik lazımdır və bizə ortaqməsuliyyət lazımdır”. Qeyd etmək lazımdır ki, COP29-un ölkəmizdəkeçirilməsinə dünya dövlətlərinin yekdilliklə səs verməsi vəölkəmizə olan böyük etimadın bariz nümunəsidir. Azərbaycan dünyadabaş verən iqlim dəyişikliyinə, yaşıl enerjiyə keçidi ilə əlaqədarçox önəmli işlər görür və yaşıl enerji istehsalı sahəsində böyüklayihələr icra edilməsinə imza atır. Bu istiqamətdə işlər ölkəmiztərəfindən uğurla davam etdirilir.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur yaşıl zona elanedilmiş və ərazilərimizin şəhəri, kəndləri ağıllı şəhər və ağıllıkənd prinsipləri əsasında yenidən qurulur. Ölkə başçısı cənab İlhamƏliyevin Almaniyaya işgüzar səfəri zamanı “15-ci Petersberq İqlimDialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakını ölkəmiz adınanövbəti tarixi hadisə hesab etmək olar.

Milli Məclisin deputatı,

Rauf Əliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
az.trend.az

2Mənbələr