AZ

Dövlət Neft Fondu “Meta”nın 179 mln. dollarlıq səhmlərini alıb – İlk dəfə TOP-5-də

2024-cü ilin I rübü üzrə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ən çox “Microsoft”un səhmlərinə sahib olub.

Bu barədə cavab olaraq ARDNF-dən bildirilib. Fond ötən ilin sonu ilə müqayisədə bu ilin ilk rübündə texnologiya korporasiyasındakı səhm portfelini 12,8% artıraraq 438 mln. dollardan 494 mln. dollara çatdırıb.

Fond “Microsoft”un əksinə, “Apple” üzrə səhm portfelini 77 mln. dollar və ya azaldaraq 419 mln. dollara endirib. Ötən ilin sonunda bu rəqəm 496 mln. dollar təşkil edib. Bu nəticələrlə “Apple” ARNDF-in TOP-5-liyində ikinci pilləyə enib.

ARDNF ilk rübdə “NVIDIA”nın səhmlərinə yatırımları 169 mln. dollar artırıb. Fondun “NVIDIA” üzrə səhm portfelinin dəyəri 202 mln. dollardan 371 mln. dollara yüksəlib. ARDNF həmçinin, “Amazon” üzrə səhm portfelinin həcmini 233 mln. dollardan 279 milyon dollara çatdırıb.

Ötən ilin sonu ilə müqayisədə bu ilin ilk rübdə “Alfabet” (Google) ARDNF-in TOP-5-yinə düşə bilməyib. Ötən ilin sonunda Fond “Alfabet”in 258 mln. dollar həcmində səhminə sahib olub.

Əvəzində Fond Mark Zukerberqin “Meta platforms”ına 179 milyon dollar həcmdə investisiya edib. Sözügedən İT nəhənglərinin ARDNF-nin kotirovka olunan səhm portfelindəki payı müvafiq olaraq 4,0%, 3,4%, 3,0%, 2,3% və 1,4% təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin ilk rübündə səhm portfelinə daxil olan TOP-5 şirkət üzrə ümumi yatırımların həcmi 1 mlrd. 742 mln. dollar təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 7% çoxdur. Ötən il bu rəqəm 1 milyard 627 milyon dollar təşkil edib.

Seçilən
122
29
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
26121
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
26105
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18110
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
15922
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14327
Sabah 20 dərəcə isti olacaq
9529
May ayında Azərbaycana qar yağdı - VİDEO
8715
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8482
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8443
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
7573
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7155
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7124
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6959
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
6808
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6464
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6414
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6358
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
5978
Azərbaycan nefti ucuzlaşıb
5877
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
5780