AZ

Şotlandiyanın baş naziri istefa verməyə hazırlaşır

Şotlandiyanın Baş naziri Həmzə Yusifin bu həftə istefa verəcəyi gözlənilir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, \"Times” qəzeti yazıb ki, Yusuf tutduğu vəzifənin artıq davamlı olmadığı qənaətinə gələrək istefa verməyə hazırlaşır.
 
SNP və Şotlandiya Yaşıllar Partiyası emissiya hədəfləri ilə bağlı fikir ayrılığından sonra 3 ildir davam edən koalisiyanı pozmağa qərar verib.

Yusif bu həftə biri öz partiyasına, digəri isə hökumətinə qarşı iki etimadsız səslə üzləşə bilər.

Həmzə Yusif Şotlandiyanın Yaşıllar Partiyası ilə güc paylaşımı razılaşmasının sona çatmasından sonra verdiyi açıqlamada, etimad səsini qazanacağını düşündüyünü və istefa verməyi planlaşdırmadığını bildirib.

2023-cü il martın 27-də Şotlandiyanın keçmiş regional baş naziri və SNP lideri Nikola Sturgeon-un istefasından sonra başlayan liderlik yarışında qalib gələn Həmzə Yusif iki gün sonra and içərək vəzifəsinin icrasına martın 29-da rəsmi olaraq başlayıb və \"Şotlandiyanın ilk müsəlman baş naziri\" olub.

Qeyd edək ki, Həmzə Yusifin atası pakistanlı olub və 1960-cı illərdə Şotlandiyaya mühacirət edib, anası isə Keniyada Cənubi Asiya əsilli ailədə doğulub.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
azxeber.com

2Mənbələr