AZ

DİM mayın 5-də imtahanlar keçirəcək

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi tərəfindən 5 may 2024-cü il tarixindəümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aşağıdakı imtahanlarınkeçirilməsi nəzərdə tutulub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, mayın 5-də keçiriləcəkimtahanlar aşağıdakılardır:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsilimüəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqlidil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavəxarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindənfərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçünəlavə tədris dili imtahanı;

4. Mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarındamüxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzəmüraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılışimtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyadaiştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edəbilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IXsinif məzunları üçün buraxılış imtahanı.

1-3-cü kateqoriyaya aid olan şəxslər buraxılış vərəqəsini çapetmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=74keçidindən istifadə etməlidirlər.

4-6-cı kateqoriyaya aid olan şəxslər imtahana buraxılışvərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46keçidindən istifadə etməlidirlər.

İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix,şəhər (rayon), bina, zal, imtahanın başlanma vaxtı, iştirakçınınimtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Qeyd edək ki, imtahanlar saat 10:00-da başlanır. 09:45-dən sonragələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
45
az.trend.az

10Mənbələr