AZ

Millimizin heyətində dəyişiklik

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik edilib.

Msport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

“Sumqayıt”in futbolçusu Aftandil Arıxov heyətdən çıxarılıb. Onun yerinə “Neftçi”dən Eldar Babayev milliyə dəvət olunub.

Qeyd edək ki, millimiz aprelin 28-də Dalğa Təlim-Məşq Mərkəzində seleksiya xarakterli təlim-məşq toplanışına başlayıb. Hazırlıq mayın 3-dək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
9
msport.az

9Mənbələr