AZ

Autizm spektr pozuntuları zamanı həssas və məsuliyyətli yanaşma olduqca vacibdir - SN

Bakı. Trend:

Davranış və ünsiyyət problemlərinə qarşı ciddi diqqətin tələbedildiyi şagirdlərlə autizm sahəsində işləmək üçün xüsusi biliklərəmalik olan peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilmələrimütləqdir. Bu barədə Səhiyyə Nazirliyi Sanator-Kurort ReabilitasiyaMərkəzinin psixoloqu Lalə Nəzərova deyib.

Trend L.Nəzərova ilə müsahibəni təqdim edir:

- Bilmək istərdik ki, autizm nədir?

- Autizm və ya autizm spektr pozuntusu (ASP) uşağın ünsiyyətinəvə davranışına təsir edən nevroloji inkişaf pozğunluqlarıkompleksidir. Simptomları bəzən çox erkən yaşlarda müşahidəolunur.
Qeyd edilən pozuntunun müxtəlif növləri var. Bunlara autizm,Asperger sindromu, Rett sindromunu aid edə bilərik.

- Autizm/İƏDP diaqnozu nə zaman qoyulur?

- Sadalanan bu halların arasında dərəcələrinə görə incə fərqlərolsa da, müalicə üsulları, müvafiq tədris planları bütün hallarüçün olduqca oxşar bir məzmundadır. Müayinə olunan şəxsdə üç əsassahəyə aid müvafiq əlamətlər müşahidə edildiyi təqdirdə autizmləbağlı diaqnoz müəyyən edilir. Biz bura başqaları ilə qarşılıqlımünasibətlərin qurulması, ünsiyyət və davranışı aid edə bilərik.Uşaqlar oxşar davranışlar göstərən zaman autizmə (yaxud yuxarıdaqeyd olunan digər pozuntulara) aid səciyyəvi dəyərləndirmədən kənarhərəkətlərə yol verirlərsə, onlara inkişaf əngəlləyici dərinpozuntu diaqnozu qoyula bilər.

- Autizmin əlamətləri hansılardır?

- Uşaqlarda ASP üç yaşınadək müəyyən edilir. Bunlara nitqininkişafının ləngiməsi və sözləri başa düşməkdə çətinlik, müəyyənhərəkətləri ardıcıl olaraq dəfələrlə təkrarlama, məişət jestlərinianlamamanı daxil edə bilərik. Həmçinin, bu pozğunluğu olan uşaqlarnadir hallarda göz kontaktı qurur, onlarda gülümsəmə çox gecinkişaf edir, uyğun üz ifadələrinin ötürülməsində çətinlik çəkir vəyaxud etmir, uşaqlarla oynamır, digər uşaqlara maraq göstərmirlərvə s. Qeyd etdiyimiz xüsusiyyətlərin bəziləri, yaxud da hamısıpozuntuların bütün formalarında (ən zəifindən kəskininədək)müşahidə oluna bilər. Bu uşaqların bəziləri danışmırlar. Digərləridanışmağa can atırlar, lakin dedikləri sözlər sadəcə təkrarlanmadanibarət olur.
Danışıq qabiliyyətləri nisbətən, daha çox inkişaf edən uşaqlaryalnız sadə və məhdud mövzulardan danışmağa meyilli olurlar. Onlarözlərinə mücərrəd görünən məsələlərdən danışmağa çətinlik çəkirlər.Oynayan zaman eyni hərəkətlərin təkrarlanması, maraqların çoxməhdud ölçüdə ifadə olunması, ünsiyyət qabiliyyətlərinin zəifliyi,bütün bunlar çoxsaylı müşahidələr nəticəsində aşkar edilənəlamətlər sırasındadır. Autizm spektr pozuntulardan əziyyət çəkənuşaqlar əsasən səs-küy, işıq, müəyyən yeməklər, yaxud əşyalara daqeyri-adi reaksiya verə bilərlər. Bundan əlavə, çox vaxt autizmliuşaqlar qeyri-adi qabiliyyətlərə malik olurlar.

- Bu zaman uşağı öyrənməyə cəlb etmək nə dərəcədəönəmlidir?

- Belə uşaqlar 3 yaşa qədər erkən müdaxilədən istifadə etməkləyanaşı, fərdi ehtiyaclarına uyğun hər hansı bir tədris proqramına,yəni uşaq bağçalarına da cəlb edilməlidirlər. Autizm/İƏDP-ı olanşagirdlər (3 yaşından 22 yaşına qədər) üçün nəzərdə tutulan tədrisproqramları təhsil təlimatları ilə yanaşı, danışıq, ünsiyyət,davranış qabiliyyətlərinin və gündəlik yaşayış vərdişlərininyaxşılaşdırılması məsələləri üzərində cəmlənir.
Həmin mütəxəssislər istər məktəbdə, istərsə də məktəbdənkənarfəaliyyətlərin yerinə yetirilməsi zamanı, eləcə də reabilitasiyamərkəzində uşaqlarla işləməli, onlar üçün Fərdi Qayğı Planınıhazırlamalı və bu planın həyata keçirilməsinə yardım etməlidirlər.Fərdi Qayğı Planı uşağın bütün ehtiyaclarına əsaslanaraq, uşağa aidolan müdaxilələri, tədris (Fərdi Tədris Planı), reabilitasiya və s.xidmətləri özündə əks etdirməlidir.
Tədris proqramının davamlı və etibarlı bir tərzdə həyatakeçirilməsi məqsədilə autizm spektr pozuntuları olan uşaqlar üçündərs və məşğələləri uyğun mühitdə təşkil edilməlidir. Beləşagirdlər vizual olaraq təqdim edilən informasiyanın həm də şifahişəkildə ifadə olunduğu təqdirdə dərslərini daha yaxşı mənimsəyəbilirlər.
Digər həmyaşıdlarla qarşılıqlı münasibətlər də əhəmiyyətlidir. Beləki, danışıq, ünsiyyət və davranış qabiliyyətlərinə dair müvafiqnümunələrlə onlara müsbət təsir göstərə bilirlər. Autizm/İƏDP-ıolan uşaqlar üçün davamlılıq və davamiyyət məsələsi olduqcaönəmlidir. Valideynlər həmişə övladları üçün nəzərdə tutulan tədrisproqramlarının işlənib hazırlanmasında iştirak etməlidirlər. Bu,dərslərin mənimsənilməsi, təcrübələrin qazanılması və müəyyənyanaşmaların tətbiqində daha çox səmərə əldə edilməsinə köməkedir.
Autizm/İƏDP-ı olan şagirdlərin tədris ehtiyaclarını təmin etməküçün tərtib olunan təhsil proqramları yetkinlik yaşında olanlara işvə məişət məsələlərində, xüsusi dəstəyin göstərilməsi gələcəkfəaliyyətlərində onlar üçün geniş imkanlar aça bilər.

- Valideynlərə tövsiyələriniz nə ola bilər?

- Autizm/İƏDP haqqında nə qədər məlumatlı olsanız, bir o qədərözünüzə və övladınıza kömək edə bilərsiniz.
Övladlarınızla qarşılıqlı münasibət yaradarkən və ona nəyisəöyrədərkən, onda müsbət reaksiya və cavab oyatmağa çalışın.Uşaqlarınızın zəif cəhətlərini müəyyən etməyi öyrənməlisiniz ki,onları aradan qaldırmaq mümkün olsun.

Təcrübələr göstərir ki, övlad qayğısına qalmaq məsələsindəhəssas, sevgi dolu, səbirli və intizamlı yanaşmanın çox böyükköməyi olur. Övladınızın bacarıqları və ehtiyaclarını nəzərdə tutantəhsil proqramlarının işlənib hazırlanması üçün erkən müdaxilə üzrəmütəxəssislərlə yanaşı, müəllimlərlə birgə səygöstərməlidirlər.

Autizm
Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
7
az.trend.az

8Mənbələr