AZ

ETOPAZ-ın keçmiş əməkdaşının çalışdığı klub Super Liqaya yüksəlib

Türkiyə 1-ci liqasının 31-ci turunda İzmirin “Göztəpə” klubu Ankaranın “Gənclərbirliyi”ni 2:0 hesabı ilə məğlub edərək Super Liqaya vəsiqəni təmin edib. 



Komanda.az xəbər verir ki, son illər Türkiyənin ən böyük şəhərlərindən biri, İzmirin Super Liqada komandası yox idi. 



Klub keçən ilin noyabrında islahatlara başlayaraq “Göztəpə” idarəçiliyini kökündən dəyişib. Vaxtilə Azərbaycanda “Caspiantech” QSC-nin idarə heyətinin sədri olan Kerem Ertan “Göztəpə”nin başına keçib, ETOPAZ-ın proje direktoru işləyən Onur Umit isə komandada kommersiya direktoru təyin olunub. Göründüyü kimi, bu təyinatlar klubu uğurlara daşıyıb. 



“Göztəpə”nin 2024/25 mövsümündə Türkiyə Super Liqasında uğurlu nəticə göstərəcəyinə inanaraq, komandaya uğurlar arzu edirirk!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərEtopaz Göztəpə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
1
komanda.az

6Mənbələr