AZ

Sürücülərin NƏZƏRİNƏ: Bu halda 30 manat cərimə oluna bilərsiniz — VİDEO 

Avtomobillərin qəza işıq siqnallarından yersiz istifadə edən sürücülər cərimələnə bilərlər. 

Sürücülərin əksəriyyəti bu işıq siqnallarını qəza halından başqa məqsədlər üçün də istifadə edirlər. 

Kimisi piyada keçidində yol verən zaman, kimisi sərnişin düşürərkən və sairə. 

Bizim.Media-nın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev "Xəzər Xəbər"ə bildirib ki, sürücülərin bu işıqları lazım olmadığı təqdirdə istifadə etmələri yolverilməzdir: 

“Adından da göründüyü kimi, qəza dayanma işıq siqnalı, yalnız avtomobil qəzalı və nasaz vəziyyətdə olduğu halda yandırılmalıdır. Keçidlərdə dayanıb piyadaya yol vermək məcburi dayanma halı hesab olunmur”. 
Daha ətraflı süjetdə: 
 


Bizim.Media

Seçilən
122
49
Mənbələr
Şərh ()
Bağla