AZ

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq - Kamaləddin Qafarov

Bakı. Trend:

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri çərçivəsindəkeçirilən beynəlxalq tədbirlər davam edir. Aprelin 26-daAlmaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlimDialoqu”nun Yüksək Səviyyəli Seqmenti də bu tədbirlərdən biri oldu.Ölkə Prezidenti İlham Əliyev Almaniyanın Federal Kansleri OlafŞoltsun dəvətilə həmin tədbirdə iştirak edib”. Bu sözləri mətbuataaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, 2023-cü ilin dekabr ayının 11-də keçirilmişCOP28-in plenar iclasında növbəti Tərəflər KonfransınınAzərbaycanda keçirilməsinə dair yekdil qərar qəbul edildikdəndərhal sonra dünya mediasının bəzi təmsilçiləri və müəyyən QHT-lərAzərbaycanın neft və qaz ehtiyatları ilə zəngin ölkə olaraq COP29-aev sahibliyi etməsinin məqsədəuyğunluğunu şübhə altına almaq üçünsəylər göstərməyə başladılar. “Lakin Prezident İlham Əliyev özçıxışlarında bu məsələyə dair sağlam düşüncəyə və real məntiqəəsaslanan konkret dəlillər ortaya qoyaraq məhz qazıntı yanacağı iləzəngin ölkələrin yaşıl enerjiyə keçid və qlobal iqlimdəyişikliyinin fəsadları ilə mübarizə məsələlərində öndəgetmələrinin zəruri olduğunu diqqət mərkəzinə çəkə bildi.

Bu məsələ dövlət başçımızın “15-ci Petersberq İqlim Dialoqu”nunYüksək Səviyyəli Seqmentində etdiyi çıxışında da öz əksini tapıb.Cənab Prezident bir daha vurğulayıb ki, faydalı qazıntı ilə zənginolan ölkələr, ilk növbədə, həmin ehtiyatları ölkənin inkişafına,yoxsulluğun və işsizliyin azaldılmasına, yaşıl gündəliklə bağlıtutulan hədəflərə yönəltmələrinə görə dəyərləndirilməlidirlər.

Digər tərəfdən, zəngin neft və qaz ehtiyatları olan ölkənin eynizamanda yaşıl enerji istehsalı ilə bağlı məsələlərdə önə keçməsitəzadların sintezi effektini verərək əlverişli həmrəylik mühitiyarada bilər. Nəzərdən qaçırılması yol verilməz olan daha birməsələ Avropanın özündə təbii qaza olan tələbatın getdikcə artmasıilə bağlıdır. Azərbaycanın nefti və qazı Avropa bazarlarına hələuzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı vəAzərbaycan arasında imzalanmış enerji sahəsində StratejiTərəfdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən, 2027-ci iləqədər Avropa İttifaqına ölkəmizdə qaz ixracı 20 milyard kubmetrəçatmalıdır. Əlbəttə ki, bu geosiyasi durumda həmin məsələAzərbaycanın məsuliyyətli olmağının təzahürüdür”.

K.Qafarov deyib ki, Prezident İlham Əliyevin aprelin 26-daBerlində mətbuata bəyanatında əks olunmuş ən vacib məqamlardan biridə regional təhlükəsizlik və sülh məsələləri ilə bağlı olub:

“Dövlət başçımız qəti və birmənalı şəkildə bildirdi ki, hazırdaErmənistanla davam etdirilən sülh danışıqlarını Azərbaycan yüksəkqiymətləndirir. Artıq Azərbaycanla Ermənistan arasında sərhədlərindelimitasiyası və hətta demarkasiyası prosesinə başlanması, 1990-cıvə 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndinin geriqaytarılması, Azərbaycanda yaradılmış Rusiya-Türkiyə BirgəMonitorinq Mərkəzinin də artıq öz fəaliyyətini dayandırması – bütünbunlar sülhə doğru atılan önəmli addımlardır.

Bir vacib məqam da nəzərə alınmalıdır ki, ölkəmiz COP29-unAzərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürərkənErmənistan və Bolqarıstan da öz namizədliklərini vermişdilər. Lakinaparılan danışıqların nəticəsi olaraq əvvəlcə Ermənistan və ondansonra da Bolqarıstan Azərbaycanın xeyrinə öz namizədliklərini geriçəkdilər. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün sülhənail olmaq üçün çox yaxşı fürsətlər var və Azərbaycan bu işdəsəmimi köməklik göstərmək istəyən ölkələrlə əməkdaşlığa daimhazırdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
13
az.trend.az

10Mənbələr