AZ

Əliyev-Putin görüşünün kadrarxası görüntüləri - Video

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Moskvaya rəsmi səfər edib və Rusiya lideri Vladimir Putinlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Rusiya mediası liderlərin görüşünə dair yeni və əsas olaraq kadrarxası görüntülər yayıb. 

Sözügedən görüntüləri isə “Rossiya 1” telekanalının tanınmış jurnalisti Pavel Zarubin öz teleqram kanalında paylaşıb. 

O, paylaşımını “Putin və Əliyev. Görüşün hələ heç kim görmədiyi ən maraqlı kadrları” deyə şərh edib. 

Kadrlardan Rusiya və Azərbaycan liderləri arasında həm görüş, həm də İlham Əliyevin yola salınma mərasimi zamanı səmimi və mehriban münasibəti görmək mümkündür. 

Görüntülər sosial şəbəkələrdə istifadəçilər tərəfindən maraqla qarşılanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
50
qafqazinfo.az

10Mənbələr