Futbol üzrə Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb.Missiya.Az Report-a istinadən xəbər verir ki, XXXII turun "Sumqayıt" - "Qarabağ" matçını 9300 azarkeş izləyib.Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qeydə alınan bu göstərici 2023/2024 mövsümünün yeni rekordudur.Daha əvvəl bu arenada gerçəkləşən XXI turun "Sumqayıt" - "Neftçi" qarşılaşmasında 8100 tamaşaçı olub.Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" görüşü "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə bitib - 1:0.
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta