AZ

Gürcüstan müxalifəti paytaxt Tbilisidə mitinq keçirdi -

Gürcüstan müxalifəti aprelin 28-də paytaxt Tbilisidə mitinq keçirib.Metbuat.az xəbər verir ki, paytaxtdakı Respublika meydanında keçirilən mitinqdə 126 ictimai təşkilat və media qurumunun 10 minədək üzvü iştirak edib.Mitinqin keçirilməsinə səbəb hakim “Gürcü Arzusu-Demokrat Gürcüstan” partiyasının parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi olub.
Aksiya iştirakçıları buna etiraz olaraq hakimiyyətlə əməkdaşlığı dayandırdıqlarını bildiriblər.

Məlumata görə, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası da aprelin 29-na ümumrespublika mitinqi elan edib. Mitinqdə 100 mindən çox insanın iştirakı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
Mənbələr
Şərh ()
Bağla