AZ

Bu ölkədə ovçular snayper kimi hazırlanacaqlar

"Ölkənin Müdafiə Nazirliyi ovçuları snayper kimi yenidən hazırlamağa başlayıb.

OXU24.COM xəbər verir ki, bu barədə Belarus Ovçular və Balıqçılar Cəmiyyətinin (BOOR) sədri İqor Şuneviç məlumat yayıb.

“Bu gün belə mütəxəssislərin cəlb edilməsi, onların yenidən hazırlanması üçün sistem yaradılıb və yaradılır. Lazım gələrsə, mütəxəssis kimi, çox dar istiqamətli hərbi əməliyyatlarda istifadə edilə bilən insanların potensial sayını tədricən artıracağıq”, - Şuneviç bildirib.

Qeyd olunur ki, 60 minə yaxın ovçu BOOR-un üzvüdür.

Bundan əvvəl Belarus Dövlət Sərhəd Komitəsinin sədri Konstantin Molostov demişdi ki, Latviya və Litvanın kəşfiyyatçıları sərhəd-keçid məntəqələrində rusları və belarusları cəlb etməyə cəhd edirlər. Onun sözlərinə görə, Baltikyanı ölkələr bu məqsədlə mövcud keçid məntəqələrində nəzarət tədbirlərini gücləndiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
oxu24.com

2Mənbələr