AZ

Blinken Səudiyyə Ərəbistanına getdi - Yaxın Şərq böhranını müzakirə edəcək

ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərq böhranını müzakirə etmək üçün Səudiyyə Ərəbistanına səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

ABŞ Dövlət Departamenti daha əvvəl Blinkenin Qəzza zolağında atəşkəs əldə etmək, Fələstin əhalisinə humanitar yardım çatdırmaq və israilli girovlarla bağlı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına iki günlük səfər edəcəyini açıqlamışdı.
Dövlət katibinin Səudiyyə Ərəbistanından sonra İsrail və İordaniyaya səfər edəcəyi gözlənilir.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
9
bizim.media

10Mənbələr