Misir Qəzza zolağında atəşkəs razılaşması və "HƏMAS" tərəfindən saxlanılan girovların qaytarılması istiqamətində davam edən səylər çərçivəsində bazar ertəsi İsrail nümayəndə heyətini Qahirəyə səfərə dəvət edib.
Trend-in məlumatına görə, bu barədə "Times of Israel" qəzeti mənbələrə istinadən bildirib.
Məlumata əsasən, Qahirədə Həmas nümayəndə heyətinin də olacağı gözlənilir. "Planlaşdırılır ki, dəvət edilən İsrail nümayəndə heyətinə HƏMAS-ın irəli sürdüyü sorğulara cavab vermək səlahiyyəti veriləcək, lakin qərar qəbul etmək və ya rəsmi mövqe bildirmək səlahiyyəti olmayacaq”, - deyə bildirilib.
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta