AZ

Füzuliyə qayıdışımızı bizə yaşadan Ali Baş Komandana təşəkkür edirik - Füzuli sakini

Doğma yurda, Füzuliyə qayıdışımızı bizə yaşadan Ali Baş Komandana təşəkkürümüzü bildiririk.
Bunu Trend-ə açıqlamasında Füzuli sakini İslam Həsənov deyib.
Onun sözlərinə görə, özü 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Doğma yurdda yaşamağı sözlə ifadə etmək mümkün deyil", - deyə o bildirib.
Xatırladaq ki, bu gün Füzuliyə 39 ailə - 153 nəfər yola salınıb. Bununla da Füzuli şəhərində 822 ailənin, yəni 3 132 nəfərin daimi məskunlaşması təmin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
xalqcebhesi.az

2Mənbələr