AZ

Məşhur müğənni vəfat etdi - FOTOlar

Braziliyalı müğənni Mariya Felisiana 77 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, dünyanın ən hündürboylu müğənnisi kimi tanınıb. Mariyanın boyu 2,25 metr idi.

Qeyd edək ki, Felisiana 16 yaşından səhnədə çıxış edib. 10 yaşına qədər o, adi bir uşaq kimi hündür olub, lakin sonra kəskin şəkildə uzanmağa başlayıb.

Felisiana oxumaqla yanaşı, sirkdə çıxış edib və basketbol oynayıb. 1995-ci ildə ayağında uğursuz əməliyyat keçirib, nəticədə onun əzasının bir hissəsi amputasiya edilməli olub.
Son illər sənətçi çoxsaylı xəstəliklərə görə yataq xəstəsi olub. O, pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirildikdən sonra vəfat edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
30
Mənbələr
Şərh ()
Bağla