AZ

Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI - VİDEO

Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə Fərman Kərimzadə küçəsi, 67 ünvanında səhər saat yeddi radələrində baş verib.

Qonşuların bildirdiyinə görə, çənin üstünə qoyulan daş onun içinə düşüb və yararsız hala salıb. Ev sahibi isə daşı oradan çıxartmaq, çəni təmir etmək istəyib və oraya düşüb. Elə hadisə də bundan sonra baş verib. Çənin içərisindən çıxa bilməyən sakinin dadına ilk həyat yoldaşı yetişib.

Bildirilib ki, kişi təxminən 40 dəqiqəyə yaxın müddətdə su çənində çıxılmaz vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə su çəninin içində köməksiz vəziyyətdə qalan 1986-cı il təvəllüdlü vətəndaş xilas edilib.

Ətraflı süjetdə:

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
11

1Mənbələr

Şərh ()
Bağla