Bu gün saat 22:30 radələrində Abşeron rayonu ərazisində 1976-ci il təvəllüdlü Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, cinayət əməlini törətməkdə S.Ağayevanın həyat yoldaşı Laçın Ağayev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.