AZ

Tiflis ABŞ-a meydan oxudu: Bundan narahat deyilik!

"Xarici agentlər" haqqında qanunun qəbulu ilə əlaqədar sanksiyaların mümkün tətbiqindən narahat deyiləm.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Gürcüstanın hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.

Qeyd edək ki, aprelin 26-da 14 amerikalı senatorun Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə göndərdiyi məktubu dərc edib. Senatorlar Gürcüstan hakimiyyətini sözügedən qanun layihəsini geri götürməyə çağırıblar. Belə ki, qanun qəbul olunarsa, ABŞ qanunvericiləri Gürcüstanla münasibətlərə yenidən baxmağa məcbur olacaqlar. Qanunun qəbulu fərdi sanksiyaların tətbiqinə də səbəb ola bilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
50
Mənbələr
Şərh ()
Bağla