AZ

Superliqa: “Trabzonspor” doğma meydanda “Qaziantep”ni məğlub edib

Superliqa:

Bakı, 28 aprel, AZƏRTAC

Türkiyə Superliqasında 34-cü turun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, günün ən bol qollu görüşlərindən biri Trabzon şəhərində baş tutub."Trabzonspor" və "Qaziantep" komandaları arasındakı qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunlarında "Alanyaspor" "İstanbulspor"u 6:0, "Kaysərispor" "Pendikspor"u 2:1 hesabı ilə məğlub edib. "Rizəspor" - "Ankaragücü" görüşü isə heç-heçə ilə bitib - 2:2.

Bu nəticədən sonra xallarını 58-ə çatdıran "Trabzonspor" üçüncü pillədə qərarlaşıb. "Qaziantep" isə 34 xalla on altıncı yerdədir. Turnir cədvəlinə 93 xalla "Qalatasaray" başçılıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
5

1Mənbələr

Şərh ()
Bağla