AZ

Ukrayna ordusu bu ərazilərdən geri çəkildi

Ukrayna hərbçiləri Donetsk vilayətinin Berdıçi, Semenovka və Novomixailovka yaşayış məntəqələrindən qərbə doğru geri çəkilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Bbaş komandanı Aleksandr Sırski Teleqram kanalında yazıb.

"Bu, şəxsi heyətin həyatını xilas etmək üçün edilib", - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Sırski cəbhədə vəziyyətin ağırlaşdığını söyləmişdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
3

1Mənbələr

Şərh ()
Bağla