İntihar: tələbələr, həkim və hakim faktoruMillət vəkili Etibar Əliyev yazır...2016-cı ilin Oktyabr ayının 10-da Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu intihar etmişdi. H. Abbasov qəbul imtahanlarından 670 bal toplayıb bu Ali məktəbə daxil olmuşdu. 2022 –ci ilin Oktyabr ayının 7-də UNEC-in 4-cü kurs tələbəsi Şəhriyar Səmədov Bakının Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Şəhriyar 684,8 bal toplayaraq UNEC- ə qəbul olunmuşdu.Aprelin 24-də Respublikanın keçmiş baş Pediatoru, professor Nəsib Quliyev, aprelin 27-də isə Ali Məhkəmənin hakimi İlqar Dadaşov intihar etmişdir. İntihar fenomeni çox çətin öyrənilən fenomendir. “Sosiologiya ” elminin yaradıcılarından biri “Özünəqəsd” kitabının müəllifi Emil Dürkqeym İntiharın aşağıdakı növlərini öyrənib. Özünəqəsd və psixopatik vəziyyət;Özünəqəsd və normal psixi vəziyyət. İrsi faktorÖzünəqəsd və kosmik faktorlarYamsılamaqEqoistik özünəqəsdAltruist özünəqəsdAnomik özünəqəsdÖzünəqəsdin individual fərqli formalarıÖzünəqəsddə sosial elementlərP.S. Bizdə bəzi “psixoloqlar” intiharı maddi çətinliklərlə bağlayırlar. İntihar fenomeni öyrənilməmiş fenomendir.
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta