AZ

"Sevinirik ki, azarkeşlərimiz stadiona qayıdıb" - Miodraq Bojoviç

"Oyuna yaxşı başladıq. Bilirdik ki, “Turan Tovuz”un çox yaxşı məşqçisi var və nə etmək istədiklərini bilirlər. Ona görə bu komandanın hədiyyə olmadığını anlayırdıq".

QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Misli Premyer Liqasının 32-ci turunda bu gün "Turan Tovuz"a qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Monteneqrolu mütəxəssis 3:0 hesablı qələbəni belə şərh edib: "Onların öz oyun üslubu var. Təkbətək mübarizələrə çox girirlər. Bu mənada Yuri Matias və Höccət Haqverdi çox yaxşı iş gördülər. Rəqiblə yaxşı mübarizə apardılar. Qolları vaxtında vurduq. Qırmızı vərəqədən sonra isə oyunu sona çatdırmaq asan idi. Futbolçulara bu istəyə və oyuna görə təşəkkür edirəm. Sevinirik, çünki azarkeşlər stadiona qayıdıb".

Bojoviç npvbəti turda "Qarabağ"la keçiriləcək görüş haqda da qısaca danışıb: "Statistika bizim tərəfimizdədir. Bir həftə hazırlaşacağıq və yaxşı nəticə əldə etməyə çalışacağıq".






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
3

1Mənbələr

Şərh ()
Bağla