AZ

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var - Fotolar

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı köşkə çırpılıb. Köşkün yanında dayanan 14 yaşlı yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
9

1Mənbələr

Şərh ()
Bağla