AZ

85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atıldı

"Baku" TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, TV əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar.

Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığını iddia edib:

“İki oğlum və yoldaşım rəhmətə gedib. İlham sonbeşikdir, Qarabağda döyüşlərdə iştirak edib. Bu gün səhər məni döydü, kürəyimi mətbəxin qapısına vurdu. Qulağımı cırdı, yumruqla başıma vurdu”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
11
Mənbələr
Şərh ()
Bağla